Əqidə

Ölüm mələyinin görünüşü

Sən belə qəm, kədər, ölüm ağrısı və şiddətli üzüntü içərisində Rəbbindən iki müjdədən birini gözlərkən birdən - birə Ölüm mələyinin çöhrəsi ilə üz-üzə gəlirsən. Bu çöhrə o zamanadək gördüyün ya ən gözəl, ya da ən çirkin bir mənzərə olacaq sənin üçün.

Bədənindən ruhunu çəkib çıxartmaq üçün Ölüm mələyi əlini sənin ağzına doğru uzadarkən ona baxırsan. Bu düşdüyün vəziyyət və Ölüm mələyini görməyindən doğan dəhşətdən nəfsin zillətə bürünmüşdür. Qəfildən hansı müjdə ilə qarşılaşacağının xiffəti səni daha da sıxır. Birdən- birə onun səsini eşidirsən. Sənə: “Allahın riza və mükafatı ilə sevin, ey Allahın dostu!” və ya “Onun qəzəb və əzabıyla sevin, ey Allahın düşməni!”deyilir.

Bax, elə həmin an ya qurtulduğun qənaətinə gəlir və ruhun Allah ilə hüzur tapır, ya da məhv və həlak olduğuna əmin olub qəlbin ümüdsizliklə dolar, Allahdan ümüdün üzülər. Dünyadakı müddətinin bitdiyi, izin-tozun silindiyi və səndən əvvəl keçib gedənlərin yurduna köçdüyün o anda konlünə son dərəcə kədər və hüzün və ya nəşə və sevinc hakim olar.

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Həzrəti şuayb

Həzrəti Şuaybın adı Qurani Kərimdə Əraf, Hud, Şuara və Ənkabut surələrində keçir. [ 1 ] Allah onu peyğəmbər olaraq Mədyən və Eykə xalqlarına göndərib…

7 dəq. oxunuş 6 242
Əqidə

Təqdim

Dünyadakı bütün yollar ölümə gedir. Ölümdən sonra yollar tək yola çıxır, o da Allaha gedir. Allahdan başlayan yol yenə də Allahda bitir. Həyata bir n…

2 dəq. oxunuş 1 902
Əqidə

Ölümü anlamaq

Həyat nə qədər həqiqətdirsə, ölüm də bir o qədər həqiqətdir. Fəqət insanların həyatlarına baxsanız dilləri ilə bunu söylədikləri halda, yaşantıları i…

7 dəq. oxunuş 2 453

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz