Yəni onların forması (fərz namazı kimidir, yoxsa başqadır?
Sual: SALAM! Mən FƏRZ namazlarını qılıram. Amma sizdən xahiş edirəm ki, məni aydın formada başa salasınız ki, DUHA, TƏRAVİH və GECƏ namazlarını necə qılmaq lazımdır? Yəni onların forması (fərz namazı kimidir, yoxsa başqadır? Sağ olun!
Cavab:
1) Duha namazı aşağıdakı şəkildə qılınır: Duha namazı iki rükət və daha çox cüt sayda qılınan sünnət namazıdır. Bu namazın neçə rükət qılınmasına heç bir məhdudiyyət yoxdur. Duha namazı7nın vaxtı günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələ qədərdir.
2) Təravih namazı: Bu namaz 11 rükətdən ibarət camaatla qılınan sünnət namazıdır. “Təravih” - istirahət, dincəlmək deməkdir. Müsəlmanlar təravih namazında hər dörd rükətdən sonra dincəldiklərinə görə belə adlanmışdır. Bu namazı işa namazından sonra sübh namazına qədər olan vaxt ərzində qılmaq olar. Təravih namazı iki-iki qılınır və sonunda bir rükət olaraq vitr namazı ilə tamamlanır.
3) Gecə namazı: Gecə namazı iki-iki istənilən sayda qılınan sünnət namazıdır.
79. kamal zeynalov (baku)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz