Yeni ki 18 gecene oyaq qalib sehere qeder ibadet etmek lazimdir ya nece?
Sual: Essalamaleykum ve Rahmetuulahi ve Berakatuhu!!! Deyline gore Qedr gecesi Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir. (19, 21, 23, 25, 27 və ya 29-cu gecələrindən birinə). Yeni ki 18 gecene oyaq qalib sehere qeder ibadet etmek lazimdir ya nece? Umiyetle Qeder gecelerini nece kechirmek haqqinda Sunnede bir shey varmi? Teravihden sonra geceleri namaz qilmaq olarmi? ALLAH cumlemizi Qedr gecesine tesaduf edenlerden elesin!!! AMİN!!! ALLAH razi olsun!!! Essalamualeykum ve Rahmet
Cavab:
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Qədr gecələri Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir. (Yəni 21, 23, 25, 27 və ya 29-cu gecələrindən birinə). Odur ki, siz Ramazan ayının 20-sindən 21-nə keçən gecədən başlayaraq bu tərzdə həmin gecələrdə oyaq qalıb ibadətlə məşğul ola bilərsiniz. Məsələn: Quran oxumaq, gecə namazlarını qılmaq, dini kitablar oxumaq, Allaha dua etmək və s.
Bəli təravih namazından sonra iki-iki olmaqla qiyamul-leyl (gecə namazları) namazı qılmaq olar.
Allah hamımızı Ramazan ayının tam savabını qazananlardan etsin! Amin!!!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
290. Rəşad Rəsullu (Bakı)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz