Yeni hec bir ciddi problemi olmadan ele-bele pozmaq?
Sual: Orucu qesden pozmaq ne derecede gunahdi. Esitdiyime gore onun evezine 30 gun oruc tutmaq lazimdir. Bu sehihdirmi? Yeni hec bir ciddi problemi olmadan ele-bele pozmaq. umid edirem izah ede bildim.
Cavab:
Əs-sələmu aleykum.
Orucunu qəsdən pozan şəxs bu əməlinə görə tövbə etməli və aşğıda qeyd edilənlərə riayət etməlidir:
Cinsi əlaqə müstəsna olmaqla - hər hansı bir yolla bilərəkdən orucunu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır.
Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Ramazan orucunda cinsi əlaqəyə girən şəxsə bunları əmr etmişdir. (Bu hədisi Buxari və Muslim rəvayət eymişdir).
482. inci (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz