Yad qadinlarin shekline baxmaq niye duzgun deyil, eger ki, kimse onunla rahatlanirsa?
Sual: Salam, yad qadinlarin shekline baxmaq niye duzgun deyil, eger ki, kimse onunla rahatlanirsa?
Cavab:
Və aleykumus-sələm.
İlk növbədə onu demək istərdik ki, bunu uca Allah qadağan etmişdir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar)...” (ən-Nur surəsi 30, 31-ci ayələr).
Sonra isə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) bir hədisini xatırlamaq yerinə düşərdi. Bir gün Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına bir cavan gəlib zina etmək üçün ondan rüxsət istədikdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona belə cavab verdi: “İstəyirsən ki, sənin ananla, bacınla, qızınla, xalanla və bibinlə kimsə zina etsin?” O : “Yox” deyə cavab verdikdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Həmçinin insanlar da istəmirlər ki, kimsə onların yaxınları ilə zina etsin!”
Bu hədisi şəkilə baxmağa da şamil etmək olar. Odur ki, belə bir sual meydana çıxır:
Hansı müsəlman razı olar ki, onun anasının, bacısının, qızının, xalasının yaxud da bibisinın şəklinə baxıb rahatlansınlar? Əlbəttə ki, heç bir müsəlman bununla razı olmaz. Odur ki, şəkilə baxıb onunla rahatlaşan şəxs yuxarıda verilən sualla razılaşmış sayılır.
Allah bizi haram əməllərdən uzaq etsin! Amin!!!
485. Azaqov Elchin (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz