Valideyinlerim meni cahil toyu etmeye mecbur etseler ne edim?
Sual: salam aleykum. Valideyinlerim meni cahil toyu etmeye mecbur etseler ne edim? narazi olsam boyuk bir fitne olmasindan qorxuram. dini baximdan dogru hereket hansidir. allah razi olsun
Cavab:
Və aleykumus-sələm. Uca Allaha asi olan əməllərdə valideynlərə tabe olmaq Allaha asi olmaq deməkdir. Çünki uca Allah sizə haram şeylərdən çəkinməyi əmr edir, valideynlər isə sizə həmin haram şeylərə əməl etməyi əmr edir. Valideynlərə yalnız Allaha asi olmayan işlərdə tabe olmaq olar. Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi 14, 15-ci ayələr). Allah sizə haram işlərdən çəkinməkdə kömək olsun. Amin!!!
259. elbrus (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz