Sual-Cavab

Uchun o ne etsin?

Sual: salam aleykum. menim size sualim beledir ki, bir gardash hicabli xanim axtarir real bir aile gurmag. uchun o ne etsin?

Cavab:

Və aleykumus-sələm.

Həmin qardaş bu barədə dostlarına, yaxınlarına və qohum-əqrabalarına müraciət edə bilər. Sonra onlar vasitəsi ilə tapdığı həmin qadını yaxından tanımaq üçün ya anası, ya da bacısı vasitəsi ilə ona bəzi sözlər çatdıra bilər. Həmçinin həmin qızın xasiyyətini də ona məhrəm olan hər hansı bir qadının vasitəsi ilə öyrənə bilər. İslam dini kişinin evlənmək istədiyi qadına yalnız bir dəfə (nikahdan öncə) baxmağa icazə verir. Bu zaman həmin qadına gizlicə baxmaq daha yaxşı olardı. Həmçinin həmin qadına öz evlərində gəzdiyi adi şəkildə də (yəni, həmin qadın ata anasının qarşısında geyindiyi paltarda, başı açıq şəkildə də) baxa bilər.

777. Zaur Musayev (Baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz