Sualimiz beledir_ banklara qoyulan pulun faizini goturub kiraya ev pulu verererikse bu…
Sual: bismillahi-r- rahmani-r-rahim! sizin bele bir sayt acmaginiz bizi cox sevindirdi. bu islam dinine maraq gosteren gencleri hidayete qovusdurar. Allah sizden razi olsun. sualimiz beledir_ banklara qoyulan pulun faizini goturub kiraya ev pulu verererikse bu halaldi, yoxsa haram?
Cavab:
Əs-sələmu aleykum. Uca Allah faizi haram etmişdir. Bu barədə uca Allah belə buyurur: “Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir!" - dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!” (əl-Bəqərə surəsi 275, 276-cı ayələr).
Odur ki, istənilən halda sələmlə (faizlə) qazanılan pulu xərcləmək haramdır. Bu pulu yeməyə verdin, və ya ona maşın aldın ya da ev aldın və yaxud da evin kirayəsinə verdin heç bir fərqi yoxdur. Əgəgr belə olsaydı onda hamı sələmlə məşğul olar və bundan qazandıqları hər hansı bir şeyin kirayəsi üçün verərdi. Ümumiyyətlə sələmi xərcləmək haramdır. Həmçinin pulları sələm olan banka da qoymaq haramdır. Çünki, bu haramdan siz istifadə etməsəniz də sizin vasitənizlə başqaları istifadə edəcəkdir. Bununla da siz bu haram işdə kimlərəsə yardın etmiş olursunuz. Odur ki, sələmdən vaz keçmək lazımdır.
Uca Allah buyurur: “Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin!Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!” (əl-Bəqərə surəsi 278, 279-cu ayələr).
Başqa bir ayədə isə belə buyurur: “Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı (halal olanı Yəhudilərə haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!” (ən-Nisa surəsə 161-ci ayə).
301. Gunay Agaayeva (kurdemir)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz