Sonra eshitdim ki, bu duzgun deyil.Siz nece etmisiniz?
Sual: ES Salamu Aleykum 1)Ramazanin son gunu gunorta vaxti bezi qardashlar dediler ki, orucu acmaq lazimdir, saxlamaq gunahdir, men de onlara inanib orucu tez acdim. Sonra eshitdim ki, bu duzgun deyil.Siz nece etmisiniz? Men bu orucun qezasini tutmaliyam? 2)deyilir ki, Shevval ayinda 6 gun oruc tutmaq hedis var. Bu oruc dalbadal tutulmalidir?Indiden bashlamaq olar? Qeza varsa nece etmeli?
Cavab:
Və aleykumus-sələm.
1. Bu məsələ Ramazan ayının sonunda ayın görünüb-görünməməsi ilə əlaqədar meydana çıxmışdır. Odur ki, bu barədə alimlər müxtəlif rəydədirlər.
- Bəzi alimlərin fikrincə ayın bir yerdə görünməsi bütün dünyaya aiddir. Odur ki, harada olmasından asılı olmayaraq ay görünərsə bütün müsəlmanlar oruclarını açmalıdırlar. Bu barədə Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) hədis varid olmuşdur. Odur ki, kimbu rəyi götürüb həmin günü orucunu açarsa, ona heç bir qəza vacib deyildir. Siz də bu rəyə əməl etdiyiniz üçün qəza tutmalı deyilsiniz.
- Bəzi alimləin fikrincə də ayın bir yerdə görünməsi bütün müsəlmanlara aid deyildir. Gərək hər kəs öz yaşadığı yerdə ayı görsün. Bu alimlər də səhabələrin fikrinə əsaslanırlar. Çünki, bəzi səhabələrdən bu cür fikir varid olmuşdur. Odur ki, kim bu rəyə üstünlük verib həmin günü oruc tutarsa, onun orucu səhihdir.
Bu cür mübahisəli məsələlərdə gərək heç kəs, heç kəsə irad tutmasın.
2. Bəli şəvval ayının 6 gününü oruc tutmaq barəsində hədis vardır. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Kim Ramazan ayını oruc tutarsa və onun ardınca şəvval ayından 6 gün də oruc tutarsa bütün ili oruc tutmuş kimidir.” (Bu hədisi Muslim və başqaları rəvayət etmişdir).
Odur ki, bu orucu şəvval ayının istənilən günündə tuta bilərsiniz. Bu orucu dalbadal tutmaq şərt deyildir.
Əgər qəzaları tutduqdan sonra şəvval ayının 6 gününü tutmağa vaxt qalacaqsa, onda öncə gəza oruclarını tutmaq daha əfzəldir. Qəza oruclarından sonra isə şəvval ayının 6 gününü tutarsınız. Əgər qəza oruclarını tutsanız şəvval ayının 6 gününü tutmağa vaxt qalmayacaqsa, onda öncə şəvval ayının 6 gününü tutmaq daha əfzəldir.
511. Asif ()
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz