Sual-Cavab

Sizce namaz qilan ve diger vacibi emelleri yerine yetiren ancaq elm ile meshqul olmayan…

Sual: Salam aleykum. sizce namaz qilan ve diger vacibi emelleri yerine yetiren ancaq elm ile meshqul olmayan insanin Axiretde hali nece olar cennete daxil ola bilermi Allahin izni ile? Allah sizlerden razi olsun!

Cavab:

Və aleykumus-sələm.

Bəli, həmin şəxs Cənnətə daxil ola bilər. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, “Bir kişi Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi! Əgər mən Allahın vacib buyurduğu beş vaxt namazları qılsam, Ramazan orucunu tutsam, halalı halal bilsəm, haramı da haram bilsəm (yəni, haramlardan uzaq olsam) və bütün bunların üzərinə də heç bir şey əlavə etməsəm Cənnətə daxil olarammı?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Bəli!” (Bu hədisi Muslim rəvayət etmişdir).

826. qalib huseynli (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz