Sizcə bu zülmdür?
Sual: Hormatli sheyx manim 1 anam va 2 bacilarim var atam vafat edib. Mən evin böyüyüyəm. Evdə həmişə dəvət aparıram amma nəticə yoxdur, anam xristiandır nə edim səbr edirəm, davam ediram bəlkəm bacılarım haçansa mömin olacaq. Mən onlara əmr eda bilmərəm ki hicab taxsinlar va musiqiyə qulaq asmasinlar. Sizcə bu zülmdür? Axı Islam məcburi deyil. Amma mən evi tərk etmək istəyirəm cünki orda şəkillar var və anam orada ikona qoyur. Yəni İsa (a) guya shakilidir. İstəyirəm Allah yollunda köcüm və cihad edim
Cavab:
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) dövründə də bəzi müsəlmanların valideynləri müşrik idilər. Lakin onlar öz valideynlərinə dünyavi işlərdə tabe olurdular. Allaha asi olan işlərdə isə onlara tabe olmurdular. Bununla bərabər onlar öz valideynlərinim daima İslam dininə dəvət edirdilər. Odur ki, siz də valideyninizlə birgə qalın və onu daima İslam dininə dəvət edin və ona yalnız dünyavi işlərdə (Allaha asi olmayan işlərdə) tabe olun. Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et)...” (Loğman surəsi 14, 15-ci ayələr).
Həmçinin uca Allahdan da ona hidayət verməsini diləyin. Evdə olan şəkillərə gəlincə, siz öz otağınızdakı şəkilləri çıxarıb orada namaz qıla bilərsiniz.
Sizə də məsləhətimiz budur ki, evləndikdə başı bağlkı, müsəlman qızla evlənin. Uca Allah buyurur: “Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır.” (əl-Bəqərə surəsi 221-ci ayə).
Allah sizdən də razı olsun.
Allah sizin ailənizə hidayət versin! Amin!!!
763. V.Azer (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz