Siz ozunuz sige meselesine nece baxirsiniz ? bu barede her hansi bir hedis varmi?
Sual: salam aleykum bilmek isterdim ki, siz ozunuz sige meselesine nece baxirsiniz ? bu barede her hansi bir hedis varmi? evvelceden tesekkur edirem
Cavab:
Və aleykumus-sələm. İslam dininin əvvəlində müsəlmanlara bəzi şeylər halal idi. Məsələn: Sərxoş edici içki, uzunqulaq əti yemək, siğə və s. Lakin sonradan uca Allah və Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu şeyləri haram etmişdir. O cümlədən siğə də İslam dininin əvvəlində halal olmuşdur. Sonra Peyğəmbər (səllallahu aleyhi və səlləm) onu Xeybər döyüşündə haram etdi. İmam Əli (Allah ondan razı olsun) Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) rəvayət edərək belə demişdir: “Artıq Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) Xeybər döyüşündə uzunqulaq ətini yeməyi və siğə etməyi haram etdi.”
191. Fuad ()
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz