Sual-Cavab

Siz də məni bağışlayın, mən çoxusu qorxu altında yoldaşımı aldatmışam başqa kişilərlə?

Sual: Salam. Mənim bir sualım var. Mən çox günahlı insanam. Artıq 1 ildir ki ailə hayatı qurmuşam. Ondan 2 il qabaq namaz qılmışam, amma saxlamışam. Bir qız övladım var. Allah hamısının balasını saxlasın. Mən ailə qurmamışdan qabaq çoxlu yalan sahibi olmuşam. Siz də məni bağışlayın, mən çoxusu qorxu altında yoldaşımı aldatmışam başqa kişilərlə. Amma Allaha Tövbəliyəm və istəyirəm namazımı davam etdirim, düzgün yola qayıdım. Sizcə gec deyilmi? Allah məni bağışlayarmı? Xahiş edirəm mənə cavab yazın.

Cavab:

Və aleykumus-sələm. Əgər hər hansı bir şəxs etdiyi günahlara görə peşiman olub tövbə edərsə və bir daha o günahlara qayıtmamağını niyyət edərsə uca Allah onun tövbəsini qəbul edər və keçmiş günahlarını bağışlayar. Hətta onun keçmişdə etdiyi günahlarını savaba çevirər. Uca Allah bu barədə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.” (əl-Ənfal surəsi 38-ci ayə). Digər ayədə isə belə buyurur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci ayə). Odur ki, sizin haqq yoluna qayıtmağınız heç də gec deyildir. Namaz qılmaq arzunuzu da həyata keçirməlisiniz. Allahdan istəyirik ki bütün möminlərin günahlarını bağışlasın və onları öz həyat yoldaşlarına sadiq etsin. (Amin!).

218. BABANLI PARVANA (BAKI)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz