Shek-shubhe (vasvaliq)-den uzaq olmaq ucun ne etmek lazimdir?
Sual: Salam Aleykum.Shek-shubhe etmek islamda ne kimi dogrudur. Shek-shubhe (vasvaliq)-den uzaq olmaq ucun ne etmek lazimdir?
Cavab:
Şübhəli şeyləri iki qismə bölmək olar:
1. Dini etiqadi məsələlərdə şəkk-şübhə etmək: (Məsələn Cənnətin və ya Cəhənnəmin varlığına şübhə ilə yanaşmaq, Qiyamət gününə şübhə etmək və s.) Bu cür şübhə etmək küfrdür. Uca Allah buyurur: “İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu! O, Allahı buraxıb özünə nə zərər, nə də xeyir verən bütlərə tapınar. Haqq yoldan azıb uzaq düşmək də budur!” (əl-Həcc surəsi 11-ci, 12-ci ayələr). Başqa bir ayədə isə belə buyurur: “O, saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu (buna) inanmaz!” (əl-Mumin surəsi 59-cu ayə).
2. Bəzi şeylərin halal və ya haram olmasında şübhə etmək. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) öz ümmətinə bu cür şübhəli şeylri tərk etməyə nəsihət etmişdir. Ən-Numən ibn Bəşir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə dedi: “Həqiqətən halal da açıq-aydındır, haram da açıq aydındır. (Lakin) bunlar arasında bəzi şübhəli şeylər vardır ki, insanların əksəriyyəti bunları bilmirlər. Odur ki, şübhəlilərdən üzaq olarsa dinini və namusunu qorumuş olar. Kim də şübhəlilərə əməl edərsə harama düşmüş olar.....” (Bu hədisi Buxari və Muslim etmişdir).
176. Jumshud M (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz