Shaban ayi noyabr-dekabr aylarinin necesine dushur?
Sual: As salamu aleykum va raxmatullahi va barakatuhu. Men Shaban ayinda 6 gun oruc tutmag isteyirem InshaAllah. Amma menim 6 gun qezam var.Men evvel, bayramdan sonra, qezami tutsam, ondan sonraki 6 gun Shaban ayina dushurmu? Shaban ayi noyabr-dekabr aylarinin necesine dushur? Xahish edirem bu suallara aydinliq getiresiniz. Allah razi olsun. Qabaqcadan minnetdaram.
Cavab:
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Mənim zənnimcə siz Şaban ayını deyil, Şəvval ayını nəzərdə tutursunuz.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu ay barəsində belə demişdir: “Kim Ramazan orucunu tutarsa və onun ardınca da Şəvval ayından 6 gün oruc tutarsa bütün il boyu oruc tutmuş kimidir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Odur ki, siz həmin 6 günü Şəvval ayı boyu tuta bilərsiniz. Lakin bu ay 29 və ya 30 gün olduğundan öncə qəza etdiyiniz 6 günü sonra isə Şəvval ayının 6 gününü tutmağınızı məsləhət görərdik.
Şəvval ayı noyabırın 14-ündən dekabırın 12-sinə qədərdir.
Allah sizdən də razı olsun!!!
292. SHIRIN (Sumqayit)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz