Sual-Cavab

Seher yemeyine gecikib, yemeyib oruc tutmaq olarmi?

Sual: Seher yemeyine gecikib, yemeyib oruc tutmaq olarmi? DUNYA MUSELMANLARINI RAMAZAN BAYRAMI MUNASIBETI ILE TEBRIK EDIREM!

Cavab:

Və aleykumus-sələm. Səhər yeməyi yemək şərt deyildir və oruc onsuz da səhih sayılır. Lakin səhər yeməyində bərəkət olduğu üçün onu yemək daha yaxşı olardı. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Dan yeri ağarana yaxın səhur edin (səhər yeməyi yeyin)! Həqiqətən səhurda (səhər yeməyində) bərəkət var.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) rəvayət edirlər ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” (Bu hədisi də Buxari və Muslim rəvayət etmişdir.) Bu hədis onu göstərir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) səhər yeməyini yemədən də orucuna davam edərdi.

184. sevda (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz