Sabaxdan oruc tutmag olar,yanioktyabirin26-sindan?
Sual: salam.sabaxdan oruc tutmag olar,yanioktyabirin26-sindan
Cavab:
Və aleykumus-sələm. Uca Allah Ramazan ayını bütünlüklə oruc tutmağı əmr etmişdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Digər ayədə isə belə buyurur: “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə). Əgər siz bilmədən əvvəlki günləri oruc tutmamısınızsa buna görə Allahdan bağışlanma diləməlisiniz və qalan günlərin orucunu isə dərhal tutmağa başlamalısınız. Odur ki, siz sabahdan mütləq oruc tutmağa başlamalısınız.
Allah bilməyərəkdən etdikləri günahlara görə bütün müsəlmanları bağışlasın.
229. tural Gadimalizade (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz