Sual-Cavab

Ramazan bayramindan sonra oruc tutmaq olarmi? ve bunun fezileti barede hedis varmi?

Sual: Ramazan bayramindan sonra oruc tutmaq olarmi? ve bunun fezileti barede hedis varmi?

Cavab:

Əs-sələmu aleykum.

Bəli, Ramazan bayramından sonra nafilə orucları tutmaq olar. Nafilə orucları bunlardır:

- Birinci və dördüncü günlər;

- Hicri aylarının 13-ü, 14-ü və 15-i;

- Məhərrəm ayının 9-u, 10-u və 11-i;

- Şəvval ayının istənilən altı günü və hədislərdə varid olan başqa bu kimi günlər.

Şəvval ayında 6 gün oruc tutmaq barəsində Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Kim Ramazan ayını oruc tutarsa və onun ardınca şəvval ayından 6 gün də oruc tutarsa bütün ili oruc tutmuş kimidir.” (Bu hədisi Muslim və başqaları rəvayət etmişdir).

489. zaur (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz