Ramazan ayında qurban kəsmək olarmı?
Sual: Salam. Suallarımdan əvvəl mən sizə, bu saytı yaratdığınğza görə, öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Qoy Allah sizin bu işinizi böyük savab kimi qəbul etsin. Mənim sizə hələlik iki sualım var. 1. Ramazan ayında qurban kəsmək olarmı? 2. Qüsul alanda üzü qibləyə paltarsız durmaq düzdürmü? Cavabınızı səbirsizliklə gözləyəcəm. Sağ olun. Allah sizdən razı olsun.
Cavab:
Və aleykumus-sələm.
1. Bəli Ramazan ayında Allah yolunda qurban kəsmək olar. Bunun savabı daha da böyük olar.
2. Qüsul aldıqda ixtiyari istiqamətə yönələ bilərsiniz. Qüslu həmçinin paltarsız da ala bilərsiniz.
173. Oxucu (Bakı)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz