Sual-Cavab

Ramazan ayında hansı namazları qılmaq və başqa nə etmək olar?

Sual: Salam aleykum. Bayramınız mübarək. ALLAH sizdən bu rahatlığı yaratdığınız üçün razı olsun. Ramazan ayında hansı namazları qılmaq və başqa nə etmək olar? Salamaleykum.

Cavab:

Və alekumus-sələm. Ramazan ayında təravih namazını, gecə (qiyamul-leyl) namazlarını və sairə nafilə namazlarını qılmaq olar. Bu ayda edilən ibadətlərin savabı digər aylarda edilən ibadətlərin savabından qat-qat çoxdur. Səhabələr Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşdular: “Hansı sədəqə daha əfzəldir.” O belə cavab verdi: “Ramazan ayında verilən sədəqə.” (Bu hədisi Tirmizi rəvayət etmişdir). Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Ramazan ayında edilən ümrə ziyarəti həcc ziyarətinə bərabərdir.” (Bu hədisi də Buxari və Muslim rəvayət etmişdir). Ramazan ayı barəsində olan bu cür hədislər saysız-hesabsızdır. Odur ki, Ramazan ayında ibadətləri çoxaltmaq lazımdır. Lakin bir şərtlə ki etdiyimiz ibadətlər Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) sünnəsinə müxalif olmasın. Ramazan ayında həmçinin çoxlu Quran oxumaq Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sünnəsinə müvafiq olardı. Çünki bu ayda həm Peyğəmbər (səllallahu aleyhi və səlləm) həm də səhabələr çoxlu Quran oxuyardılar.

83. mikiyev ferid (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz