Peygemberlerden bashqa gunahsiz qul yoxdur.Men de onlardan biriyem.Amma cox…
Sual: Salam Aleykum!Peygemberlerden bashqa gunahsiz qul yoxdur.Men de onlardan biriyem.Amma cox peshimanam.Men namaz qiliram.Oruc da tuturam ve sidq urekden de inaniram ki,Allah Teala butun kecmish gunahlarimi bagishlayacaq.Men Allahimi cox sevirem ve qorxuram.Bilmek isteyirem ki,yuxarida qeyd etdiklerim dogrumu?Bu barede hansi edebiyyati meslehet ede bilersiniz?Teshekkur edirem.
Cavab:
Bəli, xətasız insan yoxdur. Lakin xəta edənlərin ən xeyirliləri etdiyi xətaya görə tövbə edənlərdir. Hər kəs etdiyi xətaya görə peşiman olub tövbə edərsə və bir daha o günaha qayıtmamağını niyyət edərsə uca Allah onun tövbəsini qəbul edər və keçmiş günahlarını bağışlayar. Hətta onun keçmişdə etdiyi günahları savaba çevirər. Uca Allah bu barədə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.” (əl-Ənfal surəsi 38-ci ayə). Digər ayədə isə belə buyurur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci ayə). Bu barədə ən gözəl oxunası kitab Qurani Kərimdir.
109. Mehseti (Naxçıvan)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz