Sual-Cavab

Peygemberimiz (s.a.v) sefer vaxti hansi dualari edib?

Sual: Peygemberimiz (s.a.v) sefer vaxti hansi dualari edib?

Cavab:

Əs-sələmu aleykum.

Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) səfərə çixan zaman bu duanı edərdi: “Allahummə! İnnə nəsəlukə fi səfərinə həzə əl-birra vət-təqva və minəl-aməli mə tərda! Allahummə! Həvvin aleynə səfəranə həzə və-tvi annə bu'dəhu! Allahummə! Əntəs-sahibu fis-səfəri vəl-xaliyfətu fil-əhli! Allahummə! İnniy əuzu bikə min vuasəəs-səfəri və kəəbətil-mənzari və suil-munqaləbi fil-məli vəl-əhli.” (Bu hədisi Muslim 2/998 rəvayət etmişdir).

Duanın tərcüməsi: “Allahım! Biz bu səfərimizdə Səndən yaxşılıq, təqva (Allah qorxusu) və razı qaldığın əməl (etməyi) istəyirik! Allahım! Bu səfərimizi bizim üçün asanlaşdır, onun uzaqlığını bizə bildirmə! Allahım! Səfərdə bizə yoldaş, ailəmizə də hami Sənsən! Allahım! Yol yorğunluğundan, kədərli mənzərədən, mal və ailədə pis hadisədən sənə sığınıram!”

839. Cemil Aliyev (Baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz