Orucluq hacan qutairir xayis edirem menim mekduma baxin?
Sual: orucluq hacan qutairir xayis edirem menim mekduma baxin
Cavab:
Əs-sələmu aleykum.
Ramazan ayının başlanması və sona yetməsi təzə ayın görünməsindən asılıdır. Elə buna görə də hicri aylarının hamısı, o cümlədən də Ramazan ayı hərdən 29, hərdən də 30 gün olur. Bu səbəbdən də Ramazan bayramının dəqiq hansı günə düşəcəyi barədə heç kəs əvvəlcədən məlumat verə bilməz. Verilən məlumatların hamısı isə təxmini hesablamalara görə verilir. Odur ki, təxmini hesablamalara görə Ramazan bayramı noyabr ayının 14-nə düşür. Yəni noyabr ayının 13-ü Ramazan ayının sonuncu günüdür. Lakin hərdən elə olur ki, bu hesablamalar yanlış olur. Daha doğrusunu isə Allah bilir.
377. Rovshan (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz