Onlar öz aralarında pıçıldaşıb bir-birinə: "(Dünyada) cəmi on gün qaldınız!" deyəcəklər?
Sual: Gardashlar, xahish edirem bu ayeleri (103 ve 104)mene basha salasiniz: 102. Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqadan) gözləri göm-göy göyərmiş (və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış) halda məhşərə gətirəcəyimiz gün 103. Onlar öz aralarında pıçıldaşıb bir-birinə: "(Dünyada) cəmi on gün qaldınız!" deyəcəklər. 104. Biz onların nə danışacaqlarını da yaxşı bilirik. Onların ən ağıllısı: "(Dünyada) cəmisi bir gün qaldınız!" - deyəcək. (Taha surəsi) Allah s
Cavab:
Və aleykumus-sələm.
Bu ayələr vasitəsi ilə uca Allah insanlara onu bildirmək istəyir ki, müvəqqəti olan bu dünya həyatı əbədi olan axirətə nisbətdə müqayisə olunmazdır. Bu barədə bir çox ayələr mövcuddur:
Uca Allah buyurur: “(Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?" Onlar: "Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!" - deyə cavab verəcəklər. Allah buyuracaq: "Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır).” (əl-Muminun surəsi 112, 113 və 114-cü ayələr).
Başqa bir surədə isə belə deyilir: “Qiyamət qopacağı saat günahkarlar (qəbirlərində və dünyada) bir saatdan artıq qalmadıqlarına and içərlər...” (ər-Rum surəsi 55-ci ayə).
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
767. Muselman (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz