Sual-Cavab

Oncədən mənim suallarıma ətraflı cavab verdiyiniz üçün Sizə öz minnətdarlığımı bildirirəm?

Sual: Bismillahir Rahmanir Rahim. Oncədən mənim suallarıma ətraflı cavab verdiyiniz üçün Sizə öz minnətdarlığımı bildirirəm. İş adamı olduğum üçün səhur etmədən oruc tutanda işləyə bilmirəm, ancaq ele zamanlar olur ki, kecikirəm və sabah azanı veriləndən sonra yuxudan qalxıram. Sualım isə belədir: Sabah azanından sonra dan yeri sökülənədək sahur edib oruc tutmaq səhih sayılırmı? Təşəkkür edirəm. Allah Razı olsun.

Cavab:

Əs-sələmu aleykum.

Bizə etimad edib sual verdiyiniz üçün biz də sizə dərin minnətdarlığımızı bildiririk.

Xeyr, sübh namazının azanından sonra səhur etmək səhih sayılmır. Bilə-bilə bu əməli etmək orucu batil edir.

Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Bilal gecə gecə vaxtı (yəni erkən) azan verir, odur ki, İbn Ummu Məktum azan verənə qədər yeyin və için.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, azan verilənə qədər yeyib-içmək olar. Azandan sonra isə yemək-içməyə son qoyulmalıdır.

Allah hamının orucunu qəbul etsin! Amin!!!

393. Aza (Ganca)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz