Olarsa niye olmazsa niye?
Sual: Salam aleykum. Menim sualim evladin valideyinin sozune qulaq asmayib oz istediyi heqiqeten sevdiyi qizla aile qurmasi dogru olarmi? Olarsa niye olmazsa niye?
Cavab:
Və aleykumus-sələm.
Uca Allah (Allaha asi olmayan) dünyavi işlərdə valideynlərə tabe olmağı əmr etmişdir. Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi 14, 15-ci ayələr).
Evlənmək də dünyavi iş sayıldığı üçün bu işdə valideynlərə tabe olmaq lazımdır. Bu işdə valideynə tabe olmayıb öz istədiyini edən şəxs günah etmiş sayılır. Lakin həmin şəxsin istədiyi qadınla olan nikahı səhih sayılır. Çünki, kişinin evlənməsi üçün onun vəlisinin olması şərt deyildir. Kişi özü öz vəlisi ola bilər.
671. dunya zakir (birlesmis ereb emirliyi)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz