Neye gore insanlar sef yoldan dogru yola gelmirler?
Sual: NEYE GORE INSANLAR SEF YOLDAN DOGRU YOLA GELMIRLER
Cavab:
Əs-sələmu aleykum.
Çünki onlar şeytanın vəsvəsələrinə uyurlar və şeytan da onları haqq yolundan azdırır. Şeytan Allaha and içmişdir ki, insanları haqq yolundan azdıracaqdır. Yalnız sırf Allaha ibadət edənlərdən başqa. Şeytan uca Allahdan Qiyamətə qədər ona toxunmayacağı haqqında möhlət istəmiş və uca Allah da ona həmin möhləti vermişdir. Odur ki, Qiyamətə qədər şeytan insanları haqq yolundan yayındırmağa çalışacaqdır. Lakin o, Allaha ixlasla ibadən edən şəxslərə təsir edə bilməyəcəkdir. Bu xüsusda uca Allah belə buyurur:
“71. (Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.
72. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!"
73. Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
74. Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
75. (Allah) buyurdu: "Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?"
76. (İblis) dedi: "Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!"
77. (Allah) buyurdu: "Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!
78. Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!"
79. (İblis) dedi: "Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!"
80. (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən,
81. (Dərgahımda) vaxtı məlum olan günə (qiyamətə) qədər!"
82. (İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
83. Yalnız Sənin sadiq bəndələrindən başqa!
84. (Allah) buyurdu, "Həqiqətən, doğru deyirəm,
85. And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!” (Sad surəsi 71-85).
Allah bizim hamımızı doğru yolda sabit etsin! Amin!!!
637. Abdullayeva (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz