Sual-Cavab

Neye gore elm ehli, medine telebeleri bunlara goz yumur.?

Sual: neye gore elm ehli, medine telebeleri bunlara goz yumur.? Allah sizden razi olsun.... Sizden cox xaish edirem buna bir aydinliq getirin, qardashlara xavaric ixvan demek evzine, onlari basha salmaq lazimdir.. Bu balaca bir fitne yavash-yavash boyuyur. Axi biz hamimiz qardashix.. Rasulullah (s.a.s) demishdir" musulmanlar biri-biri ile qardashdirlar" Cavabinizi sebirsizlik ile gozleyirem... ALLAH BIZI FITNEDEN QORUSUN! AMIN!!! Salam aleykum va rahmatullah ve berekatu

Cavab:

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Yuxarıda qeyd etdiniz ki, bəzi müsəlman qardaşlar məsciddə ticarət söhbəti edir, mobil teleonda oyun oynayır, qeybət edir, məsciddə xütbə zamanı gülür və s...

Bəli, məsciddə bu kimi əməllərllə məşğul olmaq düzgün deyildir, hətta bu əməllərin bəziləri ümumiyyətlə haramdır (məsələn: qeybət), bəziləri isə məsciddə edilməsinə görə haramdır (məsələn: ticarət). Lakin məsciddə bu cür əməllərlə məşğul olan şəxslərə “Onlar mömin deyillər” kəliməsini demək olmaz. Sizin misal gətirdiyiniz hədisdən yalnız bu cür nəticə çıxarmaq olar.

Özünüz qeyd etmisiniz ki, cihad barəsində sual verən insan barəsində dərhal hökm vermək olmaz. Əksinə onları başa salmaq lazımdır. Eləcə də yuxarıda qeyd etdiyiniz xətaları edən insanlar barəsində də dərhal hökm vermək olmaz, əksinə onları başa salmaq lazımdır ki, bu cür əməllər qadağandır.

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zamanında da islama yeni gələn, və ya elmsiz olan, ya da uzaq kəndlərdən gələn bədəvi ərəbləri məsciddə bəzi qadağan olunmuş hərəkətlər edirdilər. Lakin Peyğəmbər (səllallahu aleyhi və səlləm) onları səbr və təmkinlə başa salırdı.

Məsələn: Bir dəfə cümə günü Peyğəmbər (səllallahu aleyhi və səlləm) məsciddə xütbə verən zaman Mədinəyə bir ticarət karvanı daxil olur. Bunu görən səhabələrin əksəriyyəti xütbəni tərk edib karvana tərəf qaçdılar. Bu barədə uca Allah buyurur: “Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: "Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (əl-Cumuə surəsi 11-ci ayə).

Lakin Peyğəmbər (səllallahu aleyhi və səlləm) dərhal onlar barəsində “Onlar mömin deyillər” hökmünü çıxartmadı. Çünki onlar bunu bilməyərəkdən etmişdilər. Lakin bildikdən sonra bir daha belə əməl etmədilər. Odur ki, biz də həmin qardaşlara bilməyərəkdən etdikləri bu əməlləri başa salımalıyıq.

Sizin sualınıza gəlincə də eyniylə həmin sözləri söyləmək olar. Yəni hər bir “cihad” deyən şəxsə ixvan və ya xavaric damğasını vurmaq olmaz. Odur ki, həmin şəxslərə həqiqəti başa salmaq lazımdır. Allah bütüm müsəlmanları tövhid kəliməsi üzərində birləşdirsin! Amin!!!

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

731. Nariman Isayev (Baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz