Namelum ucan obyektler varmidir?
Sual: Namelum ucan obyektler varmidir? Onlarin Hz. muhammed ile gorusduyunu deyirler, doqrumudur?
Cavab:
Əs-sələmu aleykum.
Naməlum uçan obyektlərin kimlər olduğu dəqiq olaraq heç kəsə bəlli deyildir. Lakin bizə elə gəlir ki, bunlar cinlərdir. Çünki cinlər göydə uçmaq qabiliyyətinə malikdirlər. Uca Allah cinlər barəsində “əl-Cinn” surəsində belə buyurur:
8. Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük.
9. Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.
10. Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.
11. Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.
Ümumiyyətlə “əl-Cinn” surəsini əvvəldən axıracan oxusanız cinlər barəsində anlayışınız olar. Amma naməlum obyektlərin Peyğəmbərimizi (səllallahu aleyhi və səlləm) görməsi barəsində söylənilənlərin hamısı yalan və batil sözlərdir. Ağıllı insan da başa düşər ki, naməlum deyilən obyektlərlə heç kəs oturub söhbət etməmişdir ki, bu fikirləri də söyləsin.
587. elnur (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz