Sual-Cavab

Namazi eli bagli (yani sinede burleshdirmek) gilmag Mustehebdir?

Sual: Bismillahir-Rahmani-Rahim. Assalamu aleykum. Sualim beledir. Namazi eli bagli (yani sinede burleshdirmek) gilmag Mustehebdir? Men bildiyime gore Peygamberimizin s.a.s vaxtinda Namaz eli acig gilinib, Xalife Omerin vaxtindan elleri namazda bagli saxlamag musteheb buyrulub.Onceden teshekkur edirem.Tebii ki, SubhanALLAH neyin duz,neyin sef oldugun bilir.Allah hamimizi inshallah hidayet etsin.Amin,ya Rabbal alemin.

Cavab:

Və aleykumus-sələm.

Əksinə Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qılarkən sağ əli sol əlinin üzərində olmaqla sinəsi üzərinə qoyardı. Bu barədə saysız hesabsız hədislər mövcuddur. Bu hədislərdən birini qeyd edək: Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Vail ibn Həcər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin üzərində olmaqla əllərini sinəsinin üzərinə qoyardı…” (Bu hədisi imam Əhməd “Müsnəd” əsərində 4/317-318 rəvayət etmişdir). Həmçinin Səhl ibn Sə'd (Allah ondan razı olsun) rəvayət edir ki, “Bizə əmr olundu ki, namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoyaq.” (Bu hədisi də Buxari rəvayət etmişdir). Ümumiyyətlə bu cür hədislər çoxdur.

Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) əksinə olaraq, heç zaman əli açıq namaz qılmamışdır. Əgər belə bir səhih rəvayət varsa xahiş edirik həmin hədisi mənbəyinə isnad edərək bizə yazıb göndərəsiniz.

Sizə bir sualımız var: Əgər əli bağlı qılmağı Ömər (Allah ondan razı olsun) əmr etmişdirsə, nə üçün imam Əli (Allah ondan razı olsun) buna razılıq vermiş (etiraz etməmiş) və hətta öz xilafəti dövründə əli açıq qılmaq hökmünü bərpa etməmişdir?

Həmçinin sizdən xahiş edirik ki, heç olmasa imam Əlinin (Allah ondan razı olsun) əli açıq namaz qılması barəsində bir səhih hədisin mənbəyini bizə yazıb göndərəsiniz. Əlbəttə ki, bu barədə səhih hədis yoxdur.

Allah hamını haqqı eşidib dərhal ona əməl edənlərdən etsin! Amin!!!

551. Sənan Şahbazov (Siyezen)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz