Namaz gilmag nechya yashdan olar?
Sual: namaz gilmag nechya yashdan olar .
Cavab:
Əs-sələmu aleykum.
Namaz qılmaq həddi buluğa çatdıqdan sonra vacibdir. Həddi buluğa çatdıqdan sonra namaz qılmayan şəxs böyük günah qazanmış olur. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).
Həddi buluğa çatmağın əlamətləri isə bunlardır:
1. Pollyusiya halına düşməsi (yuxuda olarkən sperma ifraz etməsi);
2. Övrət yerinin ətrafında tüklərin çıxması;
3. On beş yaşa çatması;
Qadınlar üçün isə dördüncü əlamət də əlavə olunur.
4. Heyz qanının gəlməsi.
Əgər bu əlamətlərdən hər hansı biri baş verərsə həmin şəxs artıq həddi buluğa çatmış sayılır və o namaz qılıb oruc tutmalıdır.
Allah bizi Onun əmrlərini yerinə yetirənlərdən etsin! Amin!!!
384. Emin (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz