Sual-Cavab

Muraciet etmek isterdim.Peygemberimiz (s.a.v) choxlu hedisler gelib bize chatib men…

Sual: Hormetli Muselman Qardashlar men size bele bir sualla muraciet etmek isterdim.Peygemberimiz (s.a.v) choxlu hedisler gelib bize chatib men bilmek isterdim onalrin sehih ve ya zeif oldugunu nece sechmek olar.

Cavab:

Və aleykumus-sələmu və rahmərullahi və bərakətuhu.

Səhih: Bu kəlmə [ صَحِيحٌ ] lüğətdə müxtəlif mənalarda istifadə olunur. Məsələn: Sağlam, möhkəm, qıvraq, gümrah və s.

İstilahi mənada isə - səhih hədis, “isnadının əvvəlindən axırına qədər dəqiq olan insaflı ravinin aramsız, sapdırmadan [şazz olmadan] və qüsursuz [müəlləlsiz] olaraq özü kimisindən xəbər verdiyi hədisdir”.

Bu tərifi beş hissəyə bölüb şərh etmək olar:

a) isnadın aramsız olması: yəni isnadın əvvəlindən axırına qədər hədisin ravilərindən hər biri onu özündən əvvəlki ravidən bilavasitə götürmüş [eşitmiş] olsun;

b) ravinin insaflı olması: yəni hədisin ravilərindən hər biri müəyyən dəyərlərə malik olmalıdır. Belə ki, o müsəlman, həddi-büluğa çatmış, şüurlu olmalı, fasiq və əxlaqsız olmamalıdır;

v) ravinin dəqiq olması: yəni hədisin ravilərindən hər biri tam dəqiq olmalıdır. Belə ki, onun ya yaddaşı möhkəm olmalı, ya da yazdıqlarını qorumaqda dəqiq olmalıdır;

q) şazz olmaması: Hədis şazz olmamalıdır. Belə ki, rəvayəti “məqbul” [“səhih”, yaxud “həsən”] sayılan ravinin özündən də nüfuzlu raviyə müxalif olması şazz adlanır.

d) müəlləl olmaması: Hədisdə [sənəddə və ya mətndə] “illə” olmamalıdır. “İllə” hədisin mötəbər olmasında naqislik əmələ gətirən gizlin, anlaşılmaz səbəbdir.

Hədisin səhih olduğunu bilmək üçün bu beş şərtin beşini də həmin hədisə tətbiq etməlisiniz.

766. Ismayil (BAKI)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz