Sual-Cavab

Məs: 5 rükət ardıcıl qılmaq olar?

Sual: Əssələmualeykum!!! Vitr namazı barədə soruşmaq istəyirəm. məs: 5 rükət ardıcıl qılmaq olar. ardıcıl dedikde yəni 4 rükət qılırıq amma 2-ci və 4-cü rükətlərdə təşəhhüd oxumuruq. yalnız aırıncı rükətdə təşəhhüd oxuyuruq və salamla namazı bitiririk. 7 rükətlə qıldıqda 6 və 7-ci rükətlərin hər birində təşəhhüd oxuyuruq. mən düzmü başa düşmüşəm? ALLAH razı olsun. Əssələmualeykum və Rahmətullahi və Bərakatuh!!!

Cavab:

Və aleykumus-sələm.

Vitr namazını aşağıdakı şəkildə qılmaq olar. Əl-Mühamili Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazının növlərini aşağıdakı kimi qeyd etmişdir:

a) Bir rükət;

b) Üç rükət (iki, sonra da bir ayrı, və ya üç rükət ardıcıl);

c) Beş rükət (ardıcıl);

d) Yeddi rükət (altı rükət ardıcıl qılıb təşəhhüdü oxumaq, sonra qalxıb yeddinci rükəti tamamlamaq);

e) Doqquz rükət (səkkiz rükət ardıcıl qılıb təşəhhüd oxumaq, sonra qalxıb doqquzu tamamlamaq);

f) On bir rükət (on rükəti cüt-cüt qılıb salam verməklə tamamlamaq, sonra da bir rükət qılmaq);

Qeyd: Burada, ardıcıl dedikdə, rükətlərin arasında təşəhhüdü oxumamaq nəzərdə tutulur.

Odur ki, siz öz fikrinizdə tamamilə doğrusunuz. Allah sizdən də razı olsun! Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

786. Ulvi Dadashov (SUMGAYIT)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz