Meni bir sual maraqlandirir Allahin dediyi qaydalara emel eliyen insanlarin yeri…
Sual: Meni bir sual maraqlandirir Allahin dediyi qaydalara emel eliyen insanlarin yeri cennetdir,Allaha qarshi cixan hamiya pistik eliyen en cirkin ishlerle meshgul olan insanlarin yeri ise cehennemdir,bes namaz qilmayan oruc tutmayan ancaq hamiya yaxshiliq eliyen hamiya el tutan hec zaman hec kimin xetrine deymeyen insanlarin yeri haradir?
Cavab:
Əs-sələmu aleykum.
Namaz qılmayan şəxslər iki qismə bölünür.
1. Kafirlər: Uca Allah kafirlə etdikləri yaxşı əməllərinin əvəzi olaraq bu dünyada sağlamlıq, övlad, ruzi və s. verir. Lakin onların axirətdə heç bir payları yoxdur və onlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar.
2. Müsəlmanlar: Müsəlmanlar da özü özlüyündə iki qismə bölünürlər:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxslər. Bu şəxslər də artıq müsəlmanlıqdan xaric olunur və kafir sayılırlar. Onların hökmü də yuxarıda qeyd etdiyimiz kafirlərin hökmü ilə eynidir. Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”
- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxslər. Bu cür şəxslər kafir sayılmırlar. Buna baxmayaraq onlar namaz qılmadıqlarına görə Cəhənnəmə girəcəklər. Lakin kafirlərdən fərqli olaraq onlar Cəhənnəmdə əbədi qalmayacaqlar. Etdikləri yaxşı əməllərin mükafatını da uca Allah onlar Cəhənnəmdən çıxdıqdan sonra verəcəkdir. Namaz qılmayanların Cəhənnəmə girəcəkləri barəsində uca Allah əl-Muddəssir surəsində belə buyurur:
38. Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!)
39. Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla!
40. Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar;
41. Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər):
42. "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?"
43. Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;
676. ()
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz