Sual-Cavab

Mene sehv secdelerinin ne vaxt edilyini bildirmeyinizi xahish edirem?

Sual: Assalamaleykum!!! Mene sehv secdelerinin ne vaxt edilyini bildirmeyinizi xahish edirem. Mumkunse etrafli. Assalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!

Cavab:

Və aleykumus-sələm.

Namazda edilən əməllər üç qismə bölünür:

Birinci: Namazın ruknları; Bunlar aşağıdakılardır:

1. Qiyam (namazı ayaq üstə qılmaq);

2. Təkbirlə (Allahu əkbər deməklə) namaza başlamaq;

3. Hər rək'ətdə Fatihə surəsini oxumaq;

4. Rüku etmək;

5. Rukudan qalxıb dikəlmək;

6. Səcdə etmək;

7. Səcdədən qalxıb oturmaq (yalnız iki səcdə arasında);

8. Bu hərəkətləri (rahatlıqla) tələsmədən etmək;

9. Axırıncı rək'ətdə təşəhhüd demək üçün oturmaq;

10. Axırıncı rək'ətdə təşəhhüdü oxumaq;

11. Bu hərəkətləri tərtiblə (ardıcıllıqla) etmək;

12. Salam ilə namazı tamamlamaq.

Bu rüknlərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən bu rüknlərdən bəzilərini tərk edən tərk etdiyi rüknə görə yenidən bir rək'ət əlavə qılmalı və səhv səcdəsi etməlidir. Namazı çox tez qılan, yaxud ayaq üstə qılmaq imkanı ola-ola oturaq qılan və yaxud ilk təkbiri etməyən namazı yenidən tam qılmalıdır.

İkinci: Nmazın vacibatları; Bunlar da aşağıdakılardır:

1. Ehram təkbirindən (namaza başladıqda edilən təkbirdən) başqa olan təkbirlər;

2. «Səmi-Allahu limən həmidəh» demək;

3. «Rabbənə və ləkəl həmd» demək;

4. «Sübhanə Rabbiyə-l-Azım» demək;

5. «Sübhanə Rabbiyə-l-Ə'lə» demək;

6. «Rabbi-ğ-firli» demək;

7. Dörd və üç rək'ətli namazın ikinci rək'ətindən sonra oturmaq;

8. Dörd və üç rək'ətli namazın ikinci rək'ətindən sonra təşəhhüdü oxumaq.

Bu vaciblərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən və ya unudaraq bu vaciblərdən birini tərk edən isə yalnız iki dəfə səhv səcdəsi etməlidir.

Üçüncü: Namazda bəyənilən əməllər (müstəhəblər): Bunlar da aşağıdakılardır:

1. Sağ əl sol əlin üzərində olmaqla əlləri sinənin üzərinə (aşağı hissəsinə) qoymaq;

2. İstiftah (Fatihə surəsindən qabaq oxunan dua);

3. «əl-İstiazəni» - oxumaq ;

4. «Bismilləhi-r-rahməni-r-rahim» demək;

5. Ayələri aramla oxumaq;

6. «Amin» demək;

7. Fatihə surəsindən sonra oxunan hər hansı bir surə;

8. Səsli namazlarda səslə oxumaq;

9. «Sübhanə Rabbiyə-l-Azım» duasını bir dəfədən artıq oxumaq;

10. Rükuda bu duadan başqa oxunan dualar;

11. Əlləri qaldırmaq (təkbir edərək namaza daxil olduqda, rüku etdikdə, rükudan və bir də birinci təşəhhüddən sonra üçüncü rək'ətə qalxdıqda);

12. «Sübhanə Rabbiyə-l-Ə'lə» duasını bir dəfədən artıq oxumaq;

13. Səcdədə «Sübhanə Rabbiyə-l-Ə'lə» - dən başqa oxunan dualar;

14. Sonuncu təşəhhüddə salavatdan sonra oxunan dualar;

15. Birinci rək'ətin ikinci rək'ətdən, ikinci rək'ətin üçüncü rək'ətdən, üçüncü rək'ətin də dördüncü rək'ətdən uzun olması;

16. Təşəhhüddə və ikinci, dördüncü rək'ətlərə qalxmazdan əvvəl sol ayaq üzərində oturmaq və sağ ayağın barmaqlarını qibləyə tərəf yönəltmək;

17. Təşəhhüddə işarə (şəhadət) barmağını qibləyə tərəf yönəltmək və ya onu tərpətmək;

18. «Rabbi-ğ-firli» duasını bir dəfədən artıq oxumaq;

19. Peyğəmbərə - (səllallahu aleyhi və səlləm) - salavat gətirmək;

20. Səcdə yerinə baxmaq.

Bu sünnələrin birini tərk etmək namazı batil etmir və səhv səcdəsi etmək də lazım gəlmir, yalnız namaz qılan bunları etməklə əlavə savab qazanmır.

Odur ki, siz etdiyiniz səhvi qeyd etdiyimiz bu əməllər vasitəsi ilə təyin edib, sonra da onu qeyd etdiyimiz tərzdə düzəldə bilərsiniz.

Bizə etimad edib sual verdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk.

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

625. aynur (Baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz