Mən yenə də faiz məsələsinə qayıtmaq istəyirəm?
Sual: Suallarımı ətraflı cavablandırdığınız üçün sizə dərin təşəkkürümü bildirirəm. Allah razı olsun! Sizə yenə də bir neçə sualım var. 1. Mən yenə də faiz məsələsinə qayıtmaq istəyirəm. Tutaq ki, sən bankda işləyirsən. Amma nə əmanət götürməklə məşğulsan, nə də kredit müfəttişisən. Məsələn, sırf əməliiyatçısan, yəni pulları bu hesabdan o hesaba köçürürsən və ya strateji planlaşdırma departamentində işləyirsən, yəni bankın inkişaf strategiyası ilə məşğul olursan və ya inzibati departamentdə işləyirsən
Cavab:
Və aleykumus-sələm.
1. Qeyd etdiyiniz bu əməllərin hamısı sələmə kömək etmək (onu çoxaltmaq, inkişaf etdirmək və s.) deməkdir. Cabir İbn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) Sələmi yeyəni, yedizdirəni, yazanını və iki şahidini lənətləmiş və demişdir ki, onlar (günah etibari ilə) eynidirlər” (Bu hədisi Muslim (3/1219) rəvayət etmişdir).
Bu hədis onu göstərir ki, sələmlə bağlı olan hər bir əməl haramdır. Hətta yazı işi də haramdır. Habelə ondan gələn pulu xərcləmək də haramdır.
2. Sizin işlədiyiniz bu işin əsli halaldır. Odur ki, həmin müəssisə sizə, işlədiyiniz işin müqabilində əmək haqqı verirsə bu sizin üçün halaldır. (Həmin müəssisə bu pulları hətta haram yolla qazansa da belə). Çünki siz həmin haramın qazanılmasında onlara yardım etmirsiniz.
3. Bu cür kreditlərin İslam ölkələrində mövcud olması onların halal olmasına zəmanət vermir. Öncə də qeyd etdik ki, verilən faizin miqdarından asılı olmayaraq sələmlə məşğul olmaq haramdır. Həmçinin bankda (hansı ölkədə mövcud olmasından asılı olmayaraq) faiz məsələsi varsa həmin bankdan faizlə pul götürmək və ya ora faizlə pul qoymaq haramdır.
Əziz qardaşım! Bir şeyi də unutmayaq ki, şeytan insanlara etdikləri pis əməllərini zahirdən yaxşı göstərir ki, bunun vasitəsilə onları yollarından azdırsın. Uca Allah buyurur: “(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!” (əl-Hicr surəsi 39-cu ayə).
Bizim barəsində söhbıt açdığımız sələm məsələsi də elə buna bənzəyir. Şeytan hər bir yolla çalışır ki, insanları bu haram vasitəsilə Allahın yolundan uzaqlaşdırsın.
Allah bütün müsəlmanları İslam dinində sabit etsin və haram şeylərdən çəkinməkdə onlara kömək olsun! Amin!!!
371. Mirqadir Furqani (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz