Men size yazmisdim ki banka pul qoymaq olar?
Sual: salam eziz qardaslarim size bele bir sualim var. men size yazmisdim ki banka pul qoymaq olar. yeni depozit sekilinde. siz deyirsiz haramdir.bes onda islam banklari nece isleyir. bankin esas vezifesi kredit vermekdir eger buda haramdirsa onda banklar nece inkisaf ede biler.Bir de ya pul qoyub faiz goturdun yada mal seklinde verib pul goturdun. ferqi var.xayis ederdim genis cavab yazardiz. minnetdaram. sagolun
Cavab:
Və aleykumus-sələm.
İslam banklarının yalnız adları islamdır. Bu bankların hamısında faiz vardır. Ona görə də banklara pul qoyub faizini almaq və ya bankdan pul götürüb onu faizlə qaytarmaq haramdır. Bu əməllərin hamısı sələm adlanır. Sələmi də uca Allah haram etmişdir.
Uca Allah buyurur: “Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir!" - dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!..” (əl-Bəqərə surəsi 275, 276-cı ayələr).
Ümumiyyətlə hər hansı bir haram şeyin adını dəyişdirib ona xoşa gələn və cəlb edici adlar qoyduqda onun mahiyyəti dəyişmir. Yəni bir sözlə sələmin adını dəyişdirib “İnkişaf bankı” və ya bu kimi adlar qoysaq da o haramlığında qalır. Həmçinin bəzi insanlar İslam dininin adından istifadə edərək haram işlərə əl atırlar.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Elə bir vaxt gələcəkdir ki, həmin vaxtda dinində səbr edən yanar köcü əlində tutan kimi olacaqdır.” Bu hədis onu göstərir ki, həmin vaxtda dində səbr edib haramların hamısından çəkinmək insanlar üçün bir az çətin olacaqdır. Hal-hazırda Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) dediyi vaxt gəlib çatıb. Halal harama, haram da halala qarışıb. Ona görə də kim dinini və namusunu qorumaq istəyirsə bütün şübhəli şeylərdən çəkinsin.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Haram da bəllidir, halal da bəllidir. Lakin onlar arasında şübhəli şeylər də vardır. Kim şübhəlilərdən çəkinərsə dinini və namusunu qorumuş olar. Kim də şübhəlilərə dalarsa harama dalmış olar....” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Allah hamımızı haramdan və şübhəli şeylərdən uzaq etsin! Amin!!!
337. fuad (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz