Sual-Cavab

Mən bilmek isterdim ki, Ramazan ayında təravih namazını nə üçün camaatla qılırlar?

Sual: Əs-sələmu aleykum. Mən bilmek isterdim ki, Ramazan ayında təravih namazını nə üçün camaatla qılırlar? Məgər sünnədə fərz namazlarından başqa sünnət namazlarını birlikdə qılmaq olarmı? Axı fərz namazlarından başqa bütün namazları camaatla qılmaq nə Quranda nə də Sünnədə yoxdur. Bu bidət deyilmi? Əs-sələmu aleykum!

Cavab:

Əs-sələmu aleykum! Mənim qardaşım, təravih namazını camaatla qılmaq heç də bidət deyildir. Aişə (r.a) rəvayət edir ki, bir gün Peyğəmbər (sallahu aleyhi və səlləm) Ramazan ayında axşam məscidə çıxdı və orada olan camaatla birgə gecə namazını qıldı. Sonra Peyğəmbər (sallahu aleyhi və səlləm) evinə döndü. Səhər açıldıqda bir çox səhabələr bundan xəbər tutdular və həmin gecəni onlar da məscidə gəldilər. Peyğəmbər (sallahu aleyhi və səlləm) yenə onlarla birgə gecə namazını camaatla qıldı. Ertəsi gün səhabələrin əksəriyyəti bundan xəbər tutdular və həmin gün onların sayı daha da çoxaldı. Peyğəmbər (sallahu aleyhi və səlləm) bu dəfə də məscidə çıxdı və onlarla birgə gecə namazını camaatla qıldı. Ertəsi gün səhabələrin hamısı bundan xəbər tutdular və yenə gecə namazını camaatla qılmaq üçün məscidə toplaşdılar. Lakin Peyğəmbər (sallahu aleyhi və səlləm) bu dəfə işa namazını qıldıqdan sonra evinə döndü və səhərə qədər bayıra çıxmadı. Lakin səhabələr onu sübh namazına qədər gözlədilər. Nəhayət Peyğəmbər (sallahu aleyhi və səlləm) sübh namazını qılmaq üçün məscidə çıxdı və səhabələrlə birgə sübh namazını qıldı. O namazını qıldıqdan sonra üzünü səhabələrə tutub belə dedi: "Allaha and olsun ki mən bu gecə yatmamışdım və sizin halınızdan da xəbərdar idim. Lakin mən qorxdum ki Uca Allah birdən gecə namazını sizin üçün fərz (vacib) edər və siz də onu yerinə yetirməyə aciz qalasınız." Bu hədisi Buxari (3\8-10; 4\203,205); Muslim (2\177-178); və başqaları rəvayət etmişlər. Bu hədis onu göstərir ki, Peyğəmbər (sallahu aleyhi və səlləm) təravih namazını üç gecə camaatla birgə qılmışdır. Lakin sonra tərk etmişdir ki, bu namaz müsəlmanlara fərz olmasın. Odur ki, Peyğəmbərin (sallahu aleyhi və səlləm) vəfatından sonra bu namazın fərz olma ehtimalı ardan qalxdıqdan sonra səhabələr yenidən bu sünnəti dirçəltmişlər.

32. hicran (muslim)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz