Men bilmek isterdim ki, qara bayram ne vaxtdir? Diqqetinize gore cox sag olun?
Sual: MEN BILMEK ISTERDIM KI, QARA BAYRAM NE VAXTDIR? DIQQETINIZE GORE COX SAG OLUN
Cavab:
Və aleykumus-sələm.
Qara bayram dedikdə Ramazan bayramını nəzərdə tutursunuzsa bu təxmini hesablamalara görə noyabr ayının 14-nə düşür.
Ümumuyyətlə Ramazan ayının başlanması və sona yetməsi təzə ayın görünməsindən asılıdır. Elə buna görə də hicri aylarının hamısı, o cümlədən də Ramazan ayı hərdən 29, hərdən də 30 gün olur. Bu səbəbdən də Ramazan bayramının dəqiq hansı günə düşəcəyi barədə heç kəs əvvəlcədən məlumat verə bilməz. Verilən məlumatların hamısı isə təxmini hesablamalara görə verilir. Odur ki, təxmini hesablamalara görə Ramazan bayramı noyabr ayının 14-nə düşür. Yəni noyabr ayının 13-ü Ramazan ayının sonuncu günüdür. Lakin hərdən elə olur ki, bu hesablamalar yanlış olur. Odur ki, Ramazan bayramı noyabırın 13-nə də düşə bilər. Daha doğrusunu isə Allah bilir.
Qeyd: Ramazan bayramına Qara bayram demək düzgün deyildir. Çünki nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə də onun ardıcılları olan səhabələr bu bayrama Qara bayram deməmişlər. Əksinə, onlar bu bayram günü sevinc içində olmuşlar. Azərbaycanda insanlar bu bayram günü qəbr üstünə getdiklərinə görə ona Qara bayram deyirlər. Lakin qeyd etmək lazımdır ki, bu bayram günü qəbr üstünə getmək İslam dinində yoxdur. Bu əməl İslam duninə sonradan davil olmuşdur. Uca Allah bizim dinimizi tamamladıqdan sonra ona əlavələr etmək düzgün deyildir. Uca Allah buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” (əl-Maidə surəsi 3-cü ayə).
Bu ayə onu göstərir ki, uca Allah dinimizi tamamladıqdan sonra ona əlavələr etmək olmaz. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu xüsusda belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Həmçinin əgər bu bayram günü qəbr üstünə getmək yaxşı əməl olsa idi onu ilk növbədə (səllallahu aleyhi və səlləm) Peyğəmbərimiz edərdi.Çünki elə bir yaxşı əməl yoxdur ki, onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) etməsin. Əgər bu əməli Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) etməyibsə biz də etməməliyik. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizim üçün bir nümunə, örnəkdir. Uca Allah buyurur: “Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə). Allah bütün müsəlmanları doğru yola yönəltsin.
Allah bizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!
428. ()
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz