Mən bilmək istərdim ki oruc tutan adam udquna bilərmi?
Sual: Əs-sələmu aleykum. Bir daha Ramazan bayramınızı təbrik edirəm və ilahi tərəfindən hamının orucunun qəbul edilməsini diləyirəm. 1. Mən bilmək istərdim ki oruc tutan adam udquna bilərmi? (Yəni ağzı sulananda). 2. Bilmək istərdim ki bu ayə Quranın hansı surəsindəndir: "Musiqi şeytanın səsidir". Bir daha diqqətinizə görə sağ olun. Səbirli Allah təaladan sizə səbir diləyirəm.
Cavab:
Və alekumus-sələm. 1) Bəli oruc tutan adam udquna bilər. Bu heç də orucu pozmur. 2) Bu ayə əl-İsra surəsinin 64-cü ayəsidir. Uca Allah bu ayədə şeytana belə deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə). Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com . ICQ #99931111
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz