Sual-Cavab

Men artqi nechenci defedi ki size klonlashdirma ile elaqedar sual gonderirem?

Sual: Salam! Men artqi nechenci defedi ki size klonlashdirma ile elaqedar sual gonderirem. Bilirsiz bu sade bir maraq deyil. men bu barede yazi hazirlayiram. Islamin klonlashmaya munasibeti. Ona gore de xahish edirem ki, alimlerin bu baredeki reyini e-maille mene gonderesiniz. Evvelceden teshekkur edirem

Cavab:

Və aleykumus-sələm.

Klonlaşdırma kafirlərin özlərindən uydurduqları nəzəriyyələrdir. Bu nəzəriyyənin həyata keçməsi həqiqət deyildir. Çünki yeganə yaradan Allahdır. Allahdan başqa heç bir kəs canlı məxluq yarada bilməz. Uca Allah buyyurur: “Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər - lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!) (Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar). Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!” (əl-Həcc surəsi 73, 74-cü ayələr).

Başqa bir ayədə isə uca Allah belə buyurur: “O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!” (əl-Ənam surəsi 101-ci ayə). Bu ayə onu göstərir ki, hər şeyi yaradan Allahdır.

Hətta qiyamət günü insanın dərisi də şəhadət gətirəcəkdir ki, insanı ilk dəfə yaradan məhz Allah olmuşdur. Uca Allah bu barədə buyurur: “Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?" - deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!” (Fussilət surəsi 20, 21-ci ayə). Elə isə Allahın düşmənləri nə əsasla insan yaratdıqlarını iddia edirlər.

Başqa bir ayədə də uca Allah belə buyurur: “Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!” (əl-Əraf surəsi 54-cü ayə).

Uca Allah bir çox ayələrdə bildirmişdir ki, hər bir insanı ilk dəfə yaradan O olmuşdur. Bu ayələr aşağıdakılardır:

- “Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz...” (əl-Ənam surəsi 94-cü ayə).

- “...Onlar deyəcəklər: "O halda bizi kim (yenidən dirildib həyata) qaytaracaqdır?" (Ya Rəsulum!) De: "İlk dəfə sizi yoxdan yaradan (Allah)!. ..” (əl-İsra surəsi 51-ci ayə).

- “Onlar Rəbbinin hüzuruna çərgə-cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək: ) "Siz Bizim yanımıza sizi ilk dəfə yaratdığımız kimi (lüt-üryan, mal-dövlətsiz) gəldiniz...” (əl-Kəhf surəsi 48-ci ayə).

- “Məgər insan (As ibn Vail, yaxud Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək, Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: " Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!” (Yasin surəsi 77, 78, 79-cu ayələr).

Bütün bu ayələr onu göstərir ki, hər bir insanı yaradan Allahdır. İnsan yaratdıqlarını iddia edən şəxslər isə sadəcə olaraq bu cür fikirə düşüblər. Bu cür nadanların özləri də yaxşı bilirlər ki, onlar uca Allahın buyurduğu kimi heç bir milçək belə yarada bilməzlər. Bu cür batil fikirlərə də inanmaq əqidəsi sağlam olan müsəlmana yaraşmaz. Həmçinin müsəlmanın əqidəsini korlayan bu cür filmlərə də baxmaq olmaz.

Allah bütün müsəlmanları bu cür batil əqidələrə iman gətirməkdən uzaq etsin! Amin!!!

725. musayev mahir (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz