Kişi tərəfdən eyni zamanda 3 dəfə boşayıram sözü dedikdə, bu necə həyata keçir?
Sual: Salam. Boşanma haqqında sual. Kişi tərəfdən eyni zamanda 3 dəfə boşayıram sözü dedikdə, bu necə həyata keçir? Bunu ətraflı izah etməyinizi xahiş edirəm.
Cavab:
Əgər kişi öz həyat yoldaşına eyni zamanda 3 dəfə TALAQ (boşayıram) sözünü desə bu bir boşanma həyata keçir. Lakin kişi öz qadınını heyz qanından təmizləndikdən sonra (cinsi əlaqəyə girməmiş) boşaya bilər. Əgər kişi yenidən həmin qadını geri qaytarmaq istəyirsə onda o, üç ay ərzində öz həyat yoldaşı ilə cinsi əlaqəyə girə bilər. Lakin buna baxmayaraq həmin kişinin boynunda olan üç boşamadan biri artıq həyata keçmiş sayılır. Əgər kişi qadını boşadıqdan sonra üç ay ərzində onunla cinsi əlaqədə olmayıbsa, onda həmin qadın artıq kişiyə haram sayılır. O, həmin qadınla evlənmək üçün yenidən kəbin kəsdirməlidir.
64. ali (uk)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz