Kebe ne qeder vaxta tikilib ve onun memari kim olub?
Sual: Evvelceden sualima cavab verdiyinize gore tesekkur edirem. Kebe ne qeder vaxta tikilib ve onun memari kim olub?
Cavab:
Və aleykumus-sələm.
Kəbə Adəm peyğəmbərin zamanından mövcuddur. Sonralar isə Kəbə tədricən sökülmüş və Nuh peyğəmbərin dövründə olan tufan nəticəsində isə tamamilə yox olmuşdur. Lakin buna baxmayaraq onun fundamenti öz yerində qalmaqda idi. Sonralar isə İbrahim peyğəmbər onu yenidən öz fundamentindən bərpa etmişdir. Uca Allah buyurur: “Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!" - deyə dua etdilər.” (əl-Bəqərə surəsi 127-ci ayə).
Sora bir müddət keçdikdən sonra Kəbə yenə tədricən dağılmağa başlayır. Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) peyğəmbərlik verilməmişdən bir az öncə Qureyş tayfası onu yenidən bərpa edirlər.
Peyğəmbərimizin vəfatından sonra da Kəbə bir neçə dəfə yenidən bərpa edilmişdir.
819. Ferhad Aliyev (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz