Sual-Cavab

Istixare namazi haqqinda melumat vere bilersinizmi?deyilene gore bu namazdan sonra…

Sual: istixare namazi haqqinda melumat vere bilersinizmi?deyilene gore bu namazdan sonra qibleye teref yatib, sonrada yuxuda ne gorulubse onuda etmek lazimdi?ne derecede duzgundur?cox sagolun, assalamun aleykum

Cavab:

Əs-sələmu aleykum.

İstixarə - Allahdan uğur və kömək diləmək deməkdir.

Cabi ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) qurandakı surələri bizə öyrətdiyi kimi “İstixarə” duasını da bizə öyrədər və deyərdi: “Sizdən biriniz çətin vəziyyətə düşdükdə iki rükət namaz qılsın və desin: “Allahummə inni əstəxiyrukə bi ilmikə və əstəqdiyrukə bi quratikə və əs'əlukə min fadlikə-l-aziym. Fəinnəkə təqdiru və lə əqdiru və tə'ləmu və lə ə'ləmu və əntə alləmu-l-ğuyub. Allahummə in kuntə tə'ləmu ənnə həzə-l-əmra xayrun liy fiy diyniy və məaşiy və aqibəti əmriy fəq-durhu liy və yəssirhu liy summə bərik liy fihi. Və in kuntə tə'ləmu ənnə həzə-l-əmra şərrun liy fiy diyniy mə məaşiy və aqibəti əmriy fəsrifhu anniy vəsrifniy anhu vəqdur liyə-l-xayra heysu kənə summə-rdiniy bihi.” (Bu hədisi Buxari rəvayət etmişdir).

Duanın tərcüməsi: “Allahım, Öz elminlə mənə kömək etməyini və Öz qüdrətinlə məni qüdrətləndirməyini yalnız Səndən diləyirəm və Sənin lütf və mərhəmətindən istəyirəm! Həqiqətən Sən mənim qadir olmadığım hər şeyə qadirsən, mənim bilmədiyim hər şeyi bilirsən və Sən qeybləri bilənsən! Allahım, bu iş mənim dinim, yaşayışım və aqibətim üçün xeyirlidirsə onu mənim üçün qabaqcadan müəyyən edilmiş et (yəni mənim qədərimə yaz) və bu işi mənim üçün asanlaşdır və bərəkətli et! Bu iş mənim dinim, yaşayışım və aqibətim üçün zərərlidirsə (şər və təhlükə varsa) onu məndən, məni də ondan uzaq et! İstədiyin qədər mənə xeyir nəsib et və Öz müqəddəratınla (qəzavü-qədərinlə) məni məmnun et!”

İstixarə namazı iki rükətdən ibarət adi sünnət (nafilə) namazıdır. Qeyd etdiyimiz “İstixarə” duasını bu namaz əsnasında, yaxud salamdan əvvəl, yaxud da ondan sonra etmək olar. Salamdan əvvəl edilən dua isə əfzəl hesab olunur. Çünki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) çox vaxt bu duanı salamdan əvvəl edərdi.

Allah həm sizin, həm də bütün möminlərin ibadətlərini qəbul etsin! Amin!!!

Bu namazdan sonra yatıb yuxu görmək barəsində heç bir dəlil yoxdur. Odur ki, sizin qeyd etdiyiniz fikir yanlış fikirdir.

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

436. sevda (baku)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz