Indi o adam her bir aile uzvune gore fitre vermelidir ya nece?umumiyyetle fitre zekatini…
Sual: !! Fitre zekati barede qardashlar bizde choxlu suallar chixir. eger evde 4 neferdirse.iki ushaq (biri 9 o biri 11 yashinda) ve ata,ana. yalniz ata ishleyir. mashi da texminen 80 shirvandir. indi o adam her bir aile uzvune gore fitre vermelidir ya nece?umumiyyetle fitre zekatini kimler vermelidir ve kimlere verilmelidir. xahish edirem mumkunse etrafli yazin. ALLAH razi olsun. ALLAH bilmediklerimizi oyrenmeyi, bildiklerimize emel etmeyi nesib etsin! AMIN!!!Essalamaleykum ve Rahmetullahi ve Berakat
Cavab:
Və aleykumus-sələm. Fitrə zəkatı Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçündür. Bu zəkatı vermək fərzdir. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm camaat bayram namazına gələnə qədər xurma və ya arpadan bir saa (dörd ovuc) miqdarında fitrə zəkatı verməyi müsəlmanlardan azad və qul olana, kişiyə və qadına, uşağa və böyüyə vacib buyurdu.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Fitrə zəkatı kasıblara verilir.
Odur ki, siz dörd nəfərin adından fitrə zəkatı verməlisiniz. Bizə etimad edib sual verdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk. Allah bütün müsəlmanların elmini artırsın. Amin!
243. Ferhad Aliyev (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz