Sual-Cavab

Imam Huseyn (e) ve Imam Hesen (e) seyyiddirlermi?

Sual: Imam Huseyn (e) ve Imam Hesen (e) seyyiddirlermi? Allah razi olsun.

Cavab:

Və aleykumus-sələm.

Ərəb dilində “seyid” sözünün mənası “cənab, ağa” deməkdir. Bu mənaya görə İslam dinində “seyid” titulu deyilən titul yoxdur. Odur ki, ixtiyari bir insan seyid (cənab, ağa) ola bilər.

Azərbaycanda isə seyid dedikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslini nəzərdə tuturlar. Əgər siz də bu sözü deməklə həmin mənanı qəsd edirsinizsə, onda bəli Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəvələri olan Həsən və Hüseyin (Allah onların hər ikisindən razı olsun) seyid sayılırlar. Lakin biz “seyid” sözünü “əhli-beyt” sözü ilə əvəz etsək daha düzgün olardı. Allah sizdən də razı olsun!

771. RASHAD (BAKI)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz