Içkili halda ölmək cəhənnəmə girmək deməkdirmi?
Sual: içkili halda ölmək cəhənnəmə girmək deməkdirmi?
Cavab:
Əgər bu şəxs kafirdirsə bəli. Əgər kafir deyilsə onda bunu Allaha həvalə etmək lazımdır. Çünki uca Allah şirkdən (Ona şərik qoşmaqdan) başqa bütün günahları istəsə bağışlayar. Uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.” (ən-Nisa surəsi 48-ci ayə). Odur ki, Allahın onu bağışlayıb-bağışlamamağını Allahdan başqa heç kəs deyə bilməz. Lakin qeyd etmək lazımdır ki, əgər Allah bağışlamasa o Cəhənnəmə düşəcəkdir. Çünki insan, etdiyi hər bir xırda əmələ görə haqq-hesaba çəkiləcəkdir. Uca Allah buyurur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). (əz-Zəlzələ surəsi 7, 8-ci ayələr). Allah bütün müsəlmanların günahlarını bağışlasın! Amin!!!
252. Rehimova Shebnem (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz