Sual-Cavab

Her il RAMAZAN AYINDA yuxuda orucumu pozuram?

Sual: Men 3 ildir haqqa gelib,Oruc tutub Namaz qiliram. Her il RAMAZAN AYINDA yuxuda orucumu pozuram. Bunu cox momunelere demisem here bir cur yozub. Sizin saytinizi tapandan sonra bele qenaete geldim ki, en duzgun cavabi sizden ala bilerem: NEYE GORE MEN ORUCUMU HER GUN YUXUDA BILMEYEREKDEN POZURAM???

Cavab:

Və aleykumus-sələm.

Yuxular müxtəlif olur, Allah tərəfindən olan yuxular, şeytan tərəfindən olan yuxular...

Əgər insan yuxusunda yaxşı şeylər görərsə bu Allah tərəfindəndir. Əgər pis və xoşa gəlməz şeylər görərsə bu şeytan tərəfindən olan yuxudur.

Şeytan insanları hər bir vasitə ilə haqq yoldan azdırmağa çalışır. Belə ki o, kimisini fala baxmaq vasitəsilə, kimisini Allahın əmrlərindən yayındırmaq vasitəsilə, kimisini haram işlər vasitəsilə, kimisini zina vasitəsilə və kimisini də yuxu vasitəsilə. Çünki, hal-hazırki dövrdə yuxuya inanıb öz həyatını onunla quranlar vardır. Şeytan da həmin insanların yuxularına girib onları bu vasitə ilə yoldan azdırır.

Bizə elə gəlir ki, bu yuxu vasitəsi ilə şeytan sizi haqq yoldan uzaqlaşdırmağa çalışır. O çalışır ki, sizə Allah üçün tutduğunuz oruclarınızı tərk etdirsin. Odur ki, siz onun bu hiyləsinə uymamalı və bu yolda axıra qədər onunla mübarizə aparmalısınız. Həmçinin bu cür yuxulara da məhəl verməməlisiniz.

Sizə məsləhətimiz budur ki, yatağa girdiyiniz zaman əllərinizi bitişdirərək ovuclarınızın içinə üfürüb “əl-İxlas”, “əl-Fələq” və “ən-Nəs” surələrini oxuyun. Oxuduqdan sonra ovuclarınızı başınızdan başlayaraq bədəninizinbütün yrlərinə sürtün. Sonra bu prosesi daha iki dəfə də təkrarlayın. Egər belə etsəniz inşaallah rahat yatarsınız.

Peyğmbərimiz yatarkən belə etmişdir. (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Allah sizdən də razı olsun!

Və aleykumus-sələm.

443. cavid (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz