Gun 7.30 cixirsa mende gec durmushamsa 7.25 namaza bashladimsa 7.35 qutardimsa namaz…
Sual: Salam aleykum.. 1-Cavablarin arasinda shekille bagli cavablarda shekilin haram oldiginu yazirsiniz,bes sizin saytinizdaki Abu bakr mescidinin shekilleri nece,oradaki insanlar sifetleri aciq aydin gorsenirler!!indi bu shekiller haramdi ? 2-gun cixanda namaz qilmaq olmaz bele hedis eshitmishem! gun 7.30 cixirsa mende gec durmushamsa 7.25 namaza bashladimsa 7.35 qutardimsa namaz sehihdi? delil nedi? 3-qiza baxmaqda,onunla danishmaqda haramdi,gunahdi bilirem..Amma eger men inistutda bir yerde oxudug
Cavab:
Və aleykumus-sələm.
1. Qardaş bu cür məsləhətlərinizə görə Allah sizdən razı olsun. Doğrusu bu cür şəkillərin orada olmasından xəbərsiz idik. Çünki, bu sahəyə başqa qardaş nəzarət edir. Odur ki, həmin qardaşdan xahiş etdik ki, həmin şəkilləri oradan silsin. Həqiqətən müsəlman müsəlmanın güzgüsüdür. Allah sizin kimi qardaşlardan razı olsun!
2. Bu yalnız sünnə (nafilə) namazlarına şamil edilir. Abdullah əs-Sunabhi rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) "Günəş çıxdıqda onunla bərabər şeytanın buynuzu da çıxır..." – dedi və bu vaxtlarda namaz qılmağı qadağan etdi.” (Bu hədisi imam Malik və başqaları rəvayət etmişlər).
Başqa bir hədisdə də Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Sübh namazından sonra günəş çıxana qədər namaz yoxdur, eləcə də Əsr namazından sonra günəş batana qədər namaz yoxdur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.)
Bu hədislər göstərir ki, ümumiyyətlə həmin vaxtlarda namaz qılmaq olmaz. Lakin Peyğəmbərin (səllallahu aleyhi və səlləm) başqa hədislərinə də nəzər salsaq görərik ki, bu yalnız nafilə namazlarına aiddir. Məsələn, Peyğəmbər (səllallahu aleyhi və səlləm) hədislərindən birində belə demişdir: “Kim günəş batmamışdan (bir az) öncə Əsr namazının bir rükətinə belə yetişərsə Əsr namazına yetişmiş sayılar. Həmçinin kim günəş çıxmamışdan (bir az) öncə Sübh namazının bir rükətinə belə yetişərsə Sübh namazına yetişmiş sayılır.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bu hədis də onu göstərir ki, Sübh namazını günəşin çıxmağına bir rükət miqdarı qədər qalan vaxtda da qılmaq olar. Lakin bu yuxuya qalmaq, unutmaq və bu kimi zəruri səbəblərə aiddir.
Odur ki, fərz namazını qeyd etdiyiniz zəruri səbəbə görə həmin vaxtda qılmaq olaq.
3. Zəruri səbəb olduğundan bu cür vəziyyətdə yalnız müəllimə ilə danışmaq olar. Çünki səhabələrdən bəziləri Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcəsi Aişənin (Allah ondan razı olsun) yanına gələr və bəzi fiqhi məsələləri ondan öyrənərdilər.
Lakin siz bu cür məsələdə həddi aşmamalısınız. Yalnız ehtiyac duyduqda həmin müəllimə ilə danışa bilərsiniz.
4. Dayı qızı ilə yalnız onu İslam dininə dəvət etmək məqsədi ilə söhbət etmək olar. Lakin bir şərtlə ki, söhbət ikilikdə olmasın. Yəni yanınızda başqa şəxslər də olsun. Çünki Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “İki nəfər (naməhrəm) xəlvətə çəkilərsə şeytan onların üçüncüsü olar.”
714. leqebim abdull (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz