Sual-Cavab

Gabagcadan teshekkurumu bildirirem?

Sual: Esselamu aleykum.Evvela bu sayti hazirlayanlardan allah razi olsun. Geçen defe size bir gadinin ata anasi icaze vermediyi uchun ortune bilmir sualini vermishdim verdiyiniz cevabla raziyam ancag Peygamberimizin(s.a.v) hedisi varki "sizin gucnuz catmadigi sheylerden allah sizi mesul etmez" bu gadin valideynlerine garshi gelerse onu evlatligdan cixarar ve tek bashina da ozune baxa bilmez sizce bu halda onlara garshi germek ne geder duzdur? gabagcadan teshekkurumu bildirirem.

Cavab:

Və aleykumus-sələm.

Həmin hər şeydən öncə Allahın əmrini yerinə yetirib, başını bağlamalıdır. Çünki baş bağlamağı uca Allah qadınlara vacib buyurmuşdur. Uca Allah buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);..” (ən-Nur surəsi 31-ci ayə).

Başqa bir ayədə isə belə buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Əhzab surəsi 59-cu ayə).

Uca Allah günah işlərdə valideynlərə tabe olmağı qadağan etmişdir. Uca Allah buyurur: “...Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et)...” (Loğman surəsi 14, 15-ci ayələr).

Əgər valideynləri başını bağladığına görə həmin qadını övladlıqdan çıxararsa, onda o gedib başqa qohumları gildə qalsın. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zamanında da müşriklər səhabələrə Allaha ibadət etdiklərinə görə əziyyət verirdilər. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də onlara hicrət etməyi (həmin yerdən köçməyi) əmr etdi. Odur ki, həmin qadın da bu işdə səbr etsin və gedib başqa qohumları gildə qalsın. Həmçinin Allaha dua etsin ki, Allah bu işdə ona kömək olsun. Allaha and olsun ki, uca Allah ona bu işdə mütləq kömək edəcəkdir. Bu yerdə sizə bir hadisəni nəql etmək lap yerinə düşərdi:

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zamanında müşriklər müsəlmanlara çox əziyyətlər verirdilər. Belə olduqda Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) müsəlmanlara Həbəşistana hicrət etmələrini əmr etdi və bir dəstə müsəlman da hicrət etdi. Bu hicrət edənlərin içində Əbu Sufyanın qızı Ramlə də var idi. O da öz əri Ubeydullah İbn Cəhş ilə Həbəşistana hicrət etdi. Həbəşistanda bir müddət qaldıqdan sonra Ramlənin əri İslam dinindən üz döndərib mürtədd olur və xaçpərəstliyi (nəsraniliyi) qəbul edir. Sonra isə o şərab məclislərində şərab süzən işləyir. Əri Ramləyə də xaçpərəst olmağı əmr edir. Ramlə üç yoldan birini seçməli olur. 1. Ya ərinin dinini qəbul etməli və bununla da mürtədd olmalı. 2. Ya yenidən Məkkəyə müşrik olan atası Əbu Süfyanın yanına dönməli və bununla da müşriklərə tabe olmalı. 3. Ya da ərindən onu boşamasını tələb etməli və bu qərib ölkədə tək-tənha qalmalıdır. Qeyd edək ki onun Həbəşistanda heç bir qohumu, və ya kömək edəni olmur.

Ramlə 3-cü yolu seçir və daima Allaha dua edir ki, onu bu çətin vəziyyətdən çıxartsın. Az bir müddət keçdikdən sonra uca Allah onun dualarını qəbul edir. Bir gün səhər-səhər onun evinin qapısı döyülür. O qapını açdıqda görür ki, Həbəşistan kralının qulluqçusu Safiyya onlara gəlib. Safiyya kral Nəcaşinin sözlərini ona çatdıraraq belə deyir: “Kral səni salamlayaraq deyir ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) sənə nişan göndərib, səninlə evlənmək istəyir. Əgər razısansa nə qədər mehr istəsən Muhəmmədin (səllallahu aleyhi və səlləm) əvəzinə onu verəcəm.”

Ramlə sevincindən üzərində olan qızıl bər-bəzəklərin hamısını müjdə olaraq həmin qulluqçuya verdi. Onun sevincinin həddi hüdudu yox idi. O bilirdi ki, kim Allah rizası üçün nəyisə tərk edərsə, Allah ondan da xeyirlisini ona nəsib edər. Həqiqətən də uca Allah ona bəşəriyyətin ən xeyirlisi olan Muhəmmədi (səllallahu aleyhi və səlləm) nəsib etdi.

Bu hadisədə böyük ibrətlər vardır. Kim Allahın əmrlərini yerinə yetirməkdə və qadağalarından çəkinməkdə səbr edərsə uca Allah ona Cənnəti nəsib edər. Uca Allah buyurur: “Həqiqətən, Mən səbr etdiklərinə görə bu gün onları mükafatlandırdım. Onlar nicat tapanlar, uğura yetənlərdir!” (Əl-Muminun surəsi 111-ci ayə).

Səbr barəsində uca Allah başqa bir ayədə də belə buyurur: “Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.” (Ən-Nəhl surəsi 126-cı ayə).

Biz də həmin qadına Allahın əmrlərini yerinə yetirməyi və bu işdə başına gələn çətinliklərə səbr etməyi nəsihət edirik. Uca Allah ona mütləq bu çətin vəziyyətdən çıxaracaqdır.

778. ceyhun (sumgayit)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz